Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin açılmasının 15 illiyi qeyd edilib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bununla əlaqədar Beynəlxalq Muğam Mərkəzində konsert təşkil edilib.
“Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycanın ixracının yarısı Aİ ölkələrinin payına düşür. Energetika sektorunda əməkdaşlığa dair yeni memorandum əlaqələrimizi yeni səviyyəyə yüksəldib. Həmçinin “yaşıl” enerji sahəsində də sıx əməkdaşlıq qurulub”, – tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildrib.
Bundan əlavə, səfir qeyd edib ki, Azərbaycanla aviasiya sazişinin imzalanması ilə bağlı danışıqlar yekun mərhələdədir.
