Bakının Yeni Günəşli qəsəbəsində bir və ya bir neçə şəxs itin qarnını kəsərək ayağından ağaca asıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az PetCare könüllü layihəsinə istinadən məlumat verir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-ci maddəsi ilə (Heyvanlara qarşı amansızlıq: Heyvanlarla amansız rəftar edildikdə onları şikəst etmə və ya öldürmə) 500 (beş yüz) manat miqdarında cərimə nəzərdə tutulur.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanıb. Lakin şahidlərin sözlərinə görə, heyvanın leşi hələ də həmin yerdə qalır.
Hadisə yerindən foto burada: