Hacı Surxay Məmmədli Bakıda keçirilən Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumuna münasibət bildirib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

“Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı törədilən terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır”, – deyə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

Daha öncə səfirliyimizə edilən silahlı hücum haqda məlumat vermişdik.