Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində hərbi sursat aşkar olunub. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in minalardan təmizləmə üzrə çevik qrupu və polis əməkdaşları cəlb ediliblər. Baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 3 ədəd F-1, 2 ədəd RQ-5, 2 ədəd RQ-42, 1 ədəd BRM-75 əl qumbaraları və 2 ədəd UZRQM olduğu müəyyən edilib. Qumbaralar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
