Binəqədidə 10 min manat dəyərində oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 27 yanvar tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat veririk.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakini Yaşar Məmmədov tutulub. O, adıçəkilən qəsəbə ərazisində bir evdən 3000 manat dəyərində inşaat materialları, geyim və məişət əşyaları, digər evdən isə 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.

Salyan rayon sakini olan Məmmədov quldurluq maddəsi ilə axtarışda olub. Araşdırma aparılır.