Paytaxtda yolu keçən daha bir uşağı avtomobil vurub. Bu haqda bu gün, 27 yanvar tarixində Report məlumat verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. 7 yaşlı Sübhan Qarayevi yolu keçən zaman maşın vurub. Zərərçəkən xəstəxanaya çatdırılıb.

Daha öncə Qaradağ rayonunda məktəblinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınmışdır.