Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 yanvar tarixində APA məlumat verib.
33 yaşlı Elbin Atakişiyev yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu avtomobil vurub.
Yaralı bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.