Bakının Xəzər rayonu, Binə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 27 yanvar tarixində APA məlumat verib.

Sovxoz adlanan ərazidə 51 yaşlı Valeh İbadov tanımadığı şəxslə mübahisə zamanı bıçaqla yaralanıb.

Zərərçəkmiş qarnının ön səthinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.