Bakının Qaradağ rayonunda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 27 yanvar tarixində Report məlumat verib.

Lökbatan qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü S.Kərimlini vurub.

Uşaq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Xəstəxanada ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.