Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilmiş problemlərin aradan qaldırılması məqsədilə Mikayıl Əliyev küçəsinin Azərbaycan Britaniya Kollecinin qarşısındakı hissəsində təhlil aparılıb, təklif layihəsi hazırlanaraq həyata keçirilib. Bu barədə bu gün, 27 yanvar tarixində agentliyə istinadən Bakuplus.az xəbər verir.

Verilən məlumata görə, layihənin icrasına qədər yolayrıclarında növbələrin olmaması, nişanlanma xətlərinin olmaması, piyada infrastrukturunun zəif olması və s. kimi problemlər var idi.

Layihə həyata keçirildikdən sonra kəsişmədə işıqforlar quraşdırılıb, müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib, infrastruktur işləri aparılıb, yeni piyada səkiləri və panduslar tikilib, idarə olunan piyada keçidləri təşkil edilib.

Mikayıl Əliyev küçəsi
Foto BNA-nın rəsmi Facebook səhifəsi