Nizami rayonunda narkotacir saxlanılıb. Ondan 6 kiloqramdan artıq heroin, marixuana və metamfetamin aşkar olunub. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə Natiq adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Aparılan tədbirlər nəticəsində Natiq Kazımov tutularaq Polis İdarəsinə gətirilib.

Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılan zaman 90 qram metamfetamin, idarə etdiyi avtomobildən isə əlavə 2 kiloqramdan artıq heroin, 4 kiloqram 190 qram marixuana və narkotiklərin satışında istifadə etdiyi qeyd dəftərçəsi aşkar edilib.

Kazımov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu naməlum İran vətəndaşından paytaxtda satmaq məqsədilə aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

Nizami rayonunda narkotacir saxlanılıb
Foto DİN-nin mətbuat xidməti