Binəqədidə 2 narkotacir saxlanılıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.