Yanvarın 28-i Bakıda Türkiyənin tanınmış fotoqrafının fərdi sərgisi keçiriləcək. Bu haqda bu gün, 27 yanvar tarixində sosial şəbəkələrə məlumat verib.

Hülya Akkayanın “Simulyasiya” adlı fotosərgisi Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı və “NUR Art House” qalereyasının dəstəyi ilə təşkil edilir. Burada 28 foto nümayiş etdiriləcək.

Saat 17:00-da “NUR Art House”da baş tutacaq sərgiyə hər kəs dəvətlidir.

Ünvan: İçərişəhər, Qəsr, 27. Şirvanşahlar sarayının yaxınlığı.