Bakının Qaradağ rayonunda avtomobil motosikletlə toqquşub, xəsarət alan var. Bu haqda bu gün, 27 yanvar tarixində Report məlumat verib.

22 yaşlı Bəhruz Yəhyayev motosikleti idarə edərkən avtomobillə toqquşub. Hadisə nəticəsində o xəsarət alıb və təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.