Paytaxtda yerləşən mənzillərin birində meyit aşkarlanıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan xilasedicilər mənzilin giriş qapısını açaraq içəriyə daxil olub və meyiti aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.