UNEC-in əməkdaşlarının vəzifə maaşları artırılıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az universitetin rektoru Ədalət Muradova istinadən məlumat verir.

Əməkhaqlarının 10 faiz artırılması barədə qərar UNEC Elmi Şurası tərəfindən imzanalıb. Qərara əsasən, əməkhaqqı 1296 manat, o cümlədən pedaqoji heyət üzrə 1485 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1115 manat təşkil edəcək.