Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Vətən müharibəsi Qəhrəmanı Zaur Quliyevlə görüşüb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verib.
Görüş Nərimanov bələdiyyəsində baş tutub. Tədbirdə şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasını sədri Arif Hümbətov da iştirak edib. Sonda bələdiyyənin inzibati binasında Vətən müharibəsi Qəhrəmanlarına həsr olunmuş guşənin qarşısında xatirə şəkli çəkilib.
Zaur Quliyev Cəbrayıl, Füzuli, Hadrut və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib. Şəhid qəhrəman Azad Hümbətov isə Füzuli, Hadrut, Qubadlı və Laçın dəhlizinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.