Bakının Xətai rayonunda ev və taxtadan ibarət olan köməkçi tikili yanıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 85 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili, bitişik ümumi sahəsi 160 kv.m olan birmərtəbəli mansard tipli evin dam örtüyü 1 kv.m sahədə, içərisində 1 ədəd kondisioner və 1 ədəd plastmasdan ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan daha bir plastik çərçivə qarsalanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb, xəsarət alan olmayıb.