YARAT Müasir İncəsənət Məkanı böyüklər üçün “Özünü kəşf et” ustad dərslərinin fevral proqramını təqdim edib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az məlumat verir.

Tədbirlər XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək. Dərslər saat 19:00-dan 21:00-dək davam edəcək. 16 yaşı tamam olmuş hər kəs təcrübəsindən asılı olmayaraq dərslərdə iştirak edə bilər.

Master-klasların proqramı:

  • 1 fevral – Hüseyn Haqverdiyev, “Həndəsi kodlar”;
  • 8 fevral – Müşfiq Heydərov, “Relyef heykəltaraşlığı”;
  • 15 fevral – Miraslan Zeyn, “ Tekstura və kollaj”;
  • 22 fevral – Bəhruz Kəngərli, “Rəngkarlıq fakturası”.

Qeydiyyat üçün əlaqə nömrəsi: 050 2514115 (qeydiyyat çərşənbə axşamından bazar gününə kimi saat 11:00-dan 20:00-dək aparılır).