Paytaxtın Yasamal rayonunda mənzildə meyit aşkar edilib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, mənzildə 1 nəfər köməksiz vəziyyətdə bağlı qapı arxasında qalıb. Çağırış ünvanına cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1 nəfərin meyiti aşkarlanıb.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.