Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olan əməkdaş Bakıda dəfn olunacaq. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Şəhid Orxan Əsgərov paytaxtda, II Şəhidlər xiyabanında dəfn olunacaq.

27 yanvar, Bakı vaxtı ilə saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib.