Bakıın Binəqədi rayonu, Xocəsən qəsəbəsidə hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub. Bu haqda bu gün, 28 yanvar tarixində Qafqazinfo məlumat verir.
19 yaşlı Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək həyatına son qoymaq istəyib. Ailə üzvləri onu xəstəxanaya çatdırıblar, qızın həyatını xilas etmək mümkün olub.
7 aylıq hamilə olan qadının bətnində olan döl tələf olub. Faktla bağlı araşdırma aparılır.