Bakının Səbail rayonunda çoxmərtəbəli binanın üst mərtəbəsində qanunsuz olaraq əlavə eyvan tikilib. Bu haqda bu gün, 28 yanvar tarixində Oxu.az məlumat verib.
Səbail Rayon İcra Hakimiyyətinin (RİH) rəsmisi bildirib ki, aidiyyəti qurumlara müraciət göndərilib. İlkin araşdırmala görə, binanın strukturunda dəyişiklik çoxdan edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, binaya edilmiş bu əlavə yeni deyil. Faktla bağlı Səbail Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət yönləndirilib.
Son məlumata görə, binanın mansardında inşa edilmiş əlavə balkon sökülür. Əraziyə RİH-nin və FHN-in əməkdaşları gəliblər.
