Bakıda 2024-cü ildə gimnastikanın “TeamGym” növü üzrə Avropa çempionatı keçiriləcək. Bu haqda məlumat Avropa Gimnastikasının rəsmi saytında yayılıb.
Çempionat 16-19 oktyabr tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
“TeamGym” Avropa Gimnastikasına aid komanda qeyri-olimpiya yarış növüdür. Yarışda 3 alət üzərində çıxışlar nəzərdə tutulub: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (qadınlardan və kişilərdən ibarət olan komanda).