Bakıda küçə heyvanlarının yemlərini oğurlayan şəxs axtarılır. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Lermontov küçəsi, 113 ünvanında ofisin qapısı qarşısına küçə heyvanları üçün yem və su qoyulur. Ancaq 4-cü dəfədir ki, naməlum şəxs gecə saatlarında qabı götürüb gedir.
“Səhər işə gələndə küçə heyvanlarının ofisin qabağında ac və susuz bizi gözlədiyini görürük. Xahiş edirik ki, qabları kim oğurlayırsa, geri qaytarsın. Məsələ ilə bağlı mühafizə polisinə məlumat vermişik. Çünki bu hadisə artıq ənənəvi hal alıb”, – deyə ofisin işçiləri bildiriblər.