Bakıda narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı narkotik alverini aparan şəbəkənin rəhbəri, İran vətəndaşı olan Omid Karimi və onunla əlbir olan Asif Beliyev saxlanılıblar. Onlarda 2 kiloqrama yaxın tiryək və marixuana aşkar edilib.
Onlar ətrafında aparılan araşdırma zamanı daha 8 nəfər şəbəkə üzvü tutulub, 9 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və psixotrop dərmanlar dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.