Akademik Opera və Balet Teatrında fevralın 1-də Polad Bülbüloğlunun müəllifi olduğu ikipərdəli “Eşq və Ölüm” baleti nümayiş olunacaq. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az məlumat verir.

Baletin nümayişi müəllifin ad gününə həsr olunub.

“Eşq və Ölüm” baleti Dədə Qorqud dastanının motivləri əsasında yaradılıb. Balet ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Daha sonra teatrın truppası baleti Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvanın Böyük Teatrında təqdim edib.

Müsiqili əsər digər teatr və festivallarda da ifa olunub.

Biletləri teatrın kassası ilə yanaşı, şəhərin kassalarından və onlayn əldə etmək olar.