Bakının “Wyndham” hotelində 8-9 fevral tarixlərində Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu təşkil ediləcək. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az məlumat verir.

Forum onlayn və oflayn formatda Azərbaycan dilində, rus dilinə sinxron tərcümə ilə keçiriləcək.

Proqrama daxildir:

  • Azərbaycanda sahibkar qadın icmasının nümayəndələri və qadın təşkilatları ilə görüşlər;
  • Azərbaycanda sahibkarlara dəstək üzrə dövlət proqramlarının təqdimatı;
  • Qadın sahibkarlığı üçün aktual mövzularda master-klaslar;
  • Komanda oyunları və seminarlar (workshop);
  • Şəbəkələşmə platforması;
  • “Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu” layihəsinin nəticələrinin təqdimatı, qaliblərə mükafatların təqdim edilməsi.

Tədbirə qeydiyyat pulsuzdur və 6 fevral tarixinədək davam edəcək.