Bakıda tanınmış nevroloq vəfat edib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin müəllimi, tanınmış nevroloq Dilarə Xəlilova dünyasını dəyişib. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.
D.Xəlilova Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Nevrologiya şöbəsinin şöbə müdiri vəzifəsində çalışırdı.