Bakı Gənclər Mərkəzində növbəti film gecəsi keçiriləcək. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
“Kino klubu” layihəsi çərçivəsində mərkəzdə “Adam Layihəsi” adlı film nümayiş olunacaq.
Distopik 2050-ci ildə döyüş pilotu Adam Rid həyat yoldaşı Laura Şeynini xilas etmək məqsədilə 2018-ci ilə qaçmaq üçün vaxt reaktivi oğurlayır. Bu prosesdə o, 2022-ci ildə yaralanır və qəzaya uğrayır.
Tədbir 28 yanvar saat 17:00-da baş tutacaq. İştirak ödənişsizdir.