Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Alışma adıçəkilən qəsəbədə yerləşən ümumi sahəsi 90 kv.m olan dördotaqlı yaşayış evində baş verib. Nəticədə evin mətbəxi 12 kv.m sahədə yanıb. Digər otaqlara və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.