Şuşa Dövlət Musiqili Dram Teatrının siması, Əməkdar mədəniyyət işçisi Nəsib Səttar oğlu Məhərrəmov ötən gün axşam saatlarında vəfat edib. Bu haqda teatrın mətbuat xidmətinə istinadən bu gün, 28 yanvar tarixində Bakuplus.az məlumat verir.

Vida mərasimi bu gün, saat 12:00-da Yeni Yasamalda, mərhumun yaşadığı binanın qarşısında, dəfn mərasimi isə Pirşağı qəsəbəsinin qəbiristanlığında baş tutacaq.