Paytaxtın Nizami rayonu, metronun “Neftçilər” stansiyası yaxınlığında bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
19 yaşlı Azər Alıyev adıçəkilən rayonun Rüstəm Rüstəmov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işinə başlanılıb.