Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Bakıda azərbaycanlı sahibkarlarla görüşüb. Bu haqda Report məlumat verib.

Görüşdə Misir Prezidenti, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər.

Cabbarov çıxışında hazırkı tədbirin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.

Misir Prezidenti öz növbəsində ölkələr arasında xarici ticarət sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirib.