Bakıdakı “Passage 1901” sərgi zalında sevgililər gününə həsr olunan “Sevgi ilə” əl işləri sərgisi keçiriləcək. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az məlumat verir.

Sərgi 12 fevral saat 12:00-dan saat 18:00-a kimi davam edəcək.

“MUNA Fest” tədbir şirkəti tərəfindən təşkil ediləcək festivalda müxtəlif ustaların müəllif işləri satışa çıxarılacaq.

Tədbirin xüsusi qonağı Bəhram Bağırzadə öz kitablarını təqdim edəcək. Musiqili proqramda müğənni Cəmil Dadaşov çıxış edəcək.

Ünvan: Nigar Rəfibəyli, 12/14. Giriş sərbəstdir.