Paytaxtın Səbail rayonu, Neftçi Qurban və Ziya Yusifzadə küçələrinin kəsişməsində hərəkətə məhdudiyyət qoyulub. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Adıçəkilən ərazidə yerləşən qəzalı binanın söküntüsü ilə əlaqədar kəsişmə müvəqqəti bağlanıb.
Bununla əlaqədar Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib.