Türkiyənin Azərbaycandakı səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az səfirin şəxsi hesabına istinadən xəbər verir.

Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.

“Hərbi attaşemiz, müşavirimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərovun yas mərasimində iştirak etdik, onun atası Rizvan Əsgərov, əmisi və yaxınlarına başsağlığı verdik. Türkiyə həmişə Azərbaycanın yanındadır”, – deyə səfir öz sosial şəbəkə hesabında paylaşım edib.

Türkiyənin səfiri şəhid Orxan Əsgərovun ailəsi ilə görüşüb
Türkiyənin səfiri şəhid Orxan Əsgərovun ailəsi ilə görüşüb
Türkiyənin səfiri şəhid Orxan Əsgərovun ailəsi ilə görüşüb Türkiyənin səfiri şəhid Orxan Əsgərovun ailəsi ilə görüşüb