Paytaxtın Xətai rayonu, “Ukrayna” dairəsi adlanan ərazidə piyadalar əziyyət çəkirlər. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az xəbər verir.
Dairədən Neapol küçəsi istiqamətində yerləşən yerüstü piyada keçidi sakinlərin işini heç asanlaşdırmır. Belə ki, keçid hündürdür və pilləkənlərin bucağı yuxarıdır. Bu da keçidə qalxmaqda çətinliklər yaradır. Həmçinin uşaq arabası ilə gələn sakinlər üçün xüsusi cığır yaradılmayıb, quraşdırılmış liftlər isə işləmir.
Bu səbəblərə görə piyadalar avtomobil yoluna çıxmalı olurlar və həyatlarını təhlükəyə atırlar.





