Paytaxtın Xətai rayonunda marketə silahlı hücum edilib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakupuls.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov adıçəkilən rayon ərazisində yerləşən marketlərin birinə daxil olaraq satıcını bıçaqla hədələyib və ümumilikdə 215 AZN pul oğurlayaraq qaçıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs tutulub. Araşdırmalar davam edir.