“Zirə” Futbol Klubu heyətinə yeni oyunçu qatıb. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az xəbər verir.

33 yaşlı haitili hücumçu Donald Gerye azad agent kimi paytaxt klubuna qatılıb. O, Kiprin “Olympiakos Nicosia” klubundan ayrılıb.

D.Gerye daha öncə “Qarabağ” və “Neftçi” futbol klublarında oynayıb. Onun yaşıl meydandakı nominal mövqeyi sol cinah müdafiəçisidir. Futbolçunun hazırkı qiyməti 100.000 avro məbləğində dəyərləndirilir.