Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində qəza olub. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az məlumat verir.

Saat 09:00 radələrində Ayna Sultanova heykəlinin yaxınlığında olan körpüdə “Mercedes” markalı minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb, hər iki nəqliyyat vəsitəsinə maddi ziyan dəyib.

Qəza səbəbindən prospektdə bir müddət ərzində tıxac müşahidə olunub.

Ziya Bünyadovda baş vermiş qəza tıxaca səbəb olub
Foto Bakuplus.az