Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məhdudiyyət magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.