Azərbaycanın İrandakı səfirliyində yaralanan şəxslərin səhhəti ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı yaralanmış hər iki əməkdaş həkim nəzarəti altındadır. Yaralıların vəziyyəti yaxşıdır, durumları stabildir”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

27 yanvar tarixində Azərbaycanın İrandakı səfirliyində terakt baş vermişdir. Nəticədə 1 nəfər ölmüş, 2 nəfər yaralanmışdır. Xəsarət alan 2 nəfər, eləcə də səfirlik əməkdaşları və onların ailə üzvləri Bakıya təxliyə olunmuşlar.