Bakıda “Gəncliyin səsi” adlı festival keçiriləcək. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan festivalda iştirak edənlər aşağıdakı kimidir:
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası;
- Azərbaycan Dövlət Rəqs Ansamblı;
- “Avanqard” Kamera Orkestri;
- “DanceAbility Azərbaycan” – İnklüziv Rəqs Şirkəti;
- Nicat Aslanovun caz kvarteti;
- “Aynabənd” rok qrupu;
- Müğənnilər: Emin İsmayılov, Vaqif Nağıyev, Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova;
- Xanəndələr: Yusif Sadıxov, Yaqut Xəlilzadə, Rəvan Qaçayev, Sevinc Abidinova;
- Aşıqlar: Qəlbinur İbrahimli, Röya Mürsəlova;
- İnstrumental ifaçılar: Məqsəd Əzizov, İsmayıl Zülfüqarov, Fərid Atazadə, Fərrux Haşımlı, Rüstəm Zeynalov.
Tədbir 4 fevral saat 19:00-20:30 arası Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 10-60 AZN arası dəyişir.