Bakıda dövlət xidmətinin rəisi vəzifəsindən azad olunub. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Azər Namazov tutduğu vəzifədən azad olunub.

Xitama səbəb A.Namazovun fəaliyyətində nöqsanların aşkar edilməsi göstərilir. Buna görə də onun iş müqaviləsi uzadılmayıb.