Bakıda qanunsuz ağac kəsimi faktları aşkarlanıb. Bu haqda bu gün, 30 yanvar tairxində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.

Keçirilən yoxlamalar zamanı məlum olub ki, Bakı şəhərinin Səbail rayonu və Badamdar qəsəbəsində ağaclar qanunsuz olaraq kəsilib. Qeyd olunan ərazidə, eləcə də regionlarda qanunsuz ağac kəsiminə görə təbiətə ümumilikdə 27.270 AZN ziyan dəyib.

Aşkar olunan faktlarla bağlı toplanmış sənədlər prokurorluğa göndərilib. Araşdırmalar davam edir.