Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı narkotacirliklə məşğul olan Məhəmməd Salmanov saxlanılıb. Ondan ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. O, narkotikləri İran vətəndaşından onlayn yolla aldığını bildirib.
Faktla bağlı araşdırmaya başlanılıb, narkotik dövriyyəsinə qarşı əməliyyatlar davam edir.