Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində lotereya biletləri oğurlanıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
32 yaşlı Eşqin Sadıqov lotereya satışını həyata keçirdiyi piştaxtadan 100-ə yaxın biletin oğurlanması barədə polisə şikayət edib. Biletlər arasında yüksək məbləğdə uduş olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.