Paytaxtın Binəqədi rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

eÜmumi sahəsi 180 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsi 32 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.