Cari həftə Bakıda keçiriləcək idman tədbirlərinin siyahısı açıqlanıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Proqram aşağıdakı kimidir:
Ümumi Bakı şəhəri üzrə:
- 30 yanvar – 5 fevral saat 10:00 (Vüqar Həşimov adına Şahmat Akademiyası) – 2 Fevral – Gənclər Gününə həsr olunmuş şahmat turniri;
- 1 fevral saat 14:00 (“Ağ At” Şahmat Klubu) – 2 Fevral – Gənclər Gününə həsr olunmuş “ASAN Xidmət” konüllüləri arasında şahmat üzrə Bakı şəhər turniri;
- 1-7 fevral saat 16:00 (Respublika Şahmat Dama Məktəbi) Kişilər və qadınlar arasında 100 xanalı dama üzrə Bakı şəhər çempionatı;
- 3-6 fevral saat 17:00 (1 saylı İdman Liseyi) – Badminton üzrə 2013-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında Bakı şəhər birinciliyi;
- 4 fevral saat 19:00 (“Baku Mall”un boulinq zalı) – 2 Fevral – Gənclər Gününə həsr olunmuş gənclər arasında boulinq idman növü üzrə Bakı şəhər turniri.
Binəqədi rayonu üzrə:
- 30 yanvar saat 10:00 (“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi) – 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş şahmat turniri.
Sabunçu rayonu üzrə:
- 1 fevral saat 10:00 (72 saylı məktəb-lisey) – 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş gənclər arasında dama turniri.
Nərimanov rayonu üzrə:
- 31 yanvar saat 19:00 (“888 Boxing Club”) – “Gənclər həftəsi” çərçivəsində “888 Boxing Club”un idmançıları arasında boks üzrə nümunəvi çıxışlar;
- 2 fevral saat 10:00 (Baku Office Centre) – “Gənclər həftəsi” çərçivəsində Nərimanov rayon məktəbliləri arasında stolüstü tennis üzrə turnir;
- 3 fevral saat 12:00 (“Evrika” liseyi) – Nərimanov rayon məktəbliləri arasında üzgüçülük üzrə turnir.
Yasamal rayonu üzrə:
- 31 yanvar saat 12:00 (“Riyad” Şotokan Karate-do klubu) – 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş şotokan karate-do üzrə turnir.